Azərbaycan ordusu şəhid verib

Azərbaycan ordusu şəhid verib backend

Düşmənin 3 hərbçisi məhv edilib. Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. QAZİLER.AZ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Məlumatda həmçinin qeyd olunur ki, Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.