Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya təbrik məktubu ünvanlayıb. Lent.az-ın President.az saytına istinadən verdiyi xəbərə görə, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.İlham Əliyev Şri-Lankalı həmkarını təbrik edib

