Elnur Nağızadə 150 min dollarlıq ittihama cavab verdi: “Yanlış məlumatdır“

Elnur Nağızadə 150 min dollarlıq ittihama cavab verdi: “Yanlış məlumatdır“ backend

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Lent.az-ın “Report”a istinadən xəbərinə görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, E.Nağızadə bu ilin yanvar ayında vəzifəsindən azad edilib.

Elnur Nağızadə isə Lent.az-a açıqlamasında hazırda Bakıda olmadığını, bu məlumatın yanlış olduğunu bildirib: "Bu məlumat yanlışdır. Bakıya qayıdanda ətraflı məlumat verəcəm".