“BakuBus”un avtobuslarına sürət limiti qoyulub

“BakuBus”un avtobuslarına sürət limiti qoyulub backend

“Sərnişindaşımada təhlükəsiz xidməti əsas götürdüyümüz üçün "BakuBus"a məxsus avtobuslarda daxili mexaniklərimiz tərəfindən tənzimləmələrdə sürət həddi 50km/saat olaraq nizamlanır və sürücü bu limiti dəyişmə imkanına malik deyil”.


Lent.az-ın məlumatına görə, bunu “BakuBus”un mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova sosial şəbəkə vasitəsi ilə elan edib. N.Allahyarova əlavə edib ki, hər hansı texniki nasazlıq nəticəsində sürət həddi maksimum 99 km/saat həddində aşıla bilər. Bu isə sürücü müdaxiləsi ilə deyil, texniki nasazlıq nəticəsində mümkündür.