Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. Lent.az-ın məlumatına görə, ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.
Qeyd edək ki, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ``Günəşli`` yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.Cəsədi tapılan neftçinin kimliyi müəyyən edilib

