Kəfən geyib aksiya keçirənlər Baş Prokurorluqda qəbul edilib

Kəfən geyib aksiya keçirənlər Baş Prokurorluqda qəbul edilib backend

Fevralın 3-ü səhər saatlarında bir qrup şikayətçi Baş Prokurorluğun binası önündə etiraz aksiyası keçirib. QAZİLER.AZ modern.az-a istinadən xəbər verir ki, şikayətçilər problemlərinin həll edilməməsindən narazılıq ediblər. Vətəndaşların əsas tələbləri baş prokuror Zakir Qaralovla görüşmək olub. Onların bəziləri kəfən geyinərək problemlərinə göz yumulmasına bu yolla etiraz ediblər.

Vətəndaşlar deyiblər ki, uzun müddətdir Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq, vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atmır.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, həmin vətəndaşlar Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən qəbul edilib. O, həmçinin hazırda qəbulun davam etdirildiyini əlavə edib.