Metrodan istifadə edənlərə - XOŞ XƏBƏR

Metrodan istifadə edənlərə - XOŞ XƏBƏR backend

Bakı Metropoliteninin tikilməkdə olan “Avtovağzal” və “Memar Əcəmi 2” stansiyaları bu ilin birinci yarısında sərnişinlərin istifadəsinə veriləcək.

Bakı Metropoliteninin tikilməkdə olan “Avtovağzal” və “Memar Əcəmi 2” stansiyaları bu ilin birinci yarısında sərnişinlərin istifadəsinə veriləcək. Hazırda hər iki stansiyada avadanlıqlar quraşdırılır və abadlıq işləri həyata keçirilir.

Qaziler.az bildATV.az xəbər verir ki, stansiya ətrafında avtobus dayanacaqları qoyulub. "Avtovağzal" stansiyasının Biləcəri istiqamətinə olan 8-ci çıxışında da işlər yekunlaşmaq üzrədir.

Yeni stansiyalardan xüsusilə əlil vətəndaşlar rahatlıqla istifadə edə biləcək. Belə ki, digər sərnişinlərdən fərqli olaraq əlil insanlar yerin üstündən liftlər vasitəsilə birbaşa platformaya enə biləcəklər.“Avtovağzal” və “Memar Əcəmi 2” stansiyaları metronun bənövşəyi xəttinə daxildir. Bu stansiyalarda hərəkət üçün gətiriləcək yeni vaqonlar digərlərindən rahatlığı, genişliyi və havatəmizləyici sisteminini olması ilə fərqlənir. Stansiyaların platforması 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub.