Fransa səfirinin 1-ci müşaviri BAMF-da olub

Fransa səfirinin 1-ci müşaviri BAMF-da olub backend

Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, səfirin 1-ci müşaviri xanım Drout-Lozinski Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisində olub. Bu barədə Qaziler.az saytına BAMF-ın informasiya departamentindən məlumat verilib.

Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri, ümumi maraqlar və başqa sahələrdə , xüsusilə regionlarda təlim mərkəzləri, mikromaliyyələşmə, maarifləndirmə və s. məsələlər müzakirə olunub .Görüş zamanı BAMF-ın sədri Umud Rəhimoğlu və qonaq Dağlıq Qarabağ münaqişəsi, o cümlədən, Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafı vəziyyətini müzakirə ediblər. Qonaq, eyni zamanda, Bank Olmayan Kredit Təşkilatı “Avrasiya Kredit”-in fəaliyyəti ilə yaxından tanış olub.
Sonda tərəflər qeyd ediblər ki, bu görüş əməkdaşlıq üçün çoxsaylı imkanlar açdı və hər iki tərəf üçün çox uğurlu oldu. BAMF-ın beynəlxalq əməkdaşlıq şəbəkəsi uzun tarixə malikdir və beynəlxalq statuslu bir təşkilat kimi BAMF-ın xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə daim yaxın tərəfdaşlığı olub.
Diaspora