Azərbaycanın Ermənistana geri qaytardığı ailəyə 8 İL HƏBS

Azərbaycanın Ermənistana geri qaytardığı ailəyə 8 İL HƏBS backend

Ailə 3 uşağı ilə birgə 2010-cu ildə Azərbaycan tərəfinə keçmiş, 2014-cü ildə isə geri qaytarılmışdı. Azərbaycanın təhvil verdiyi erməni ailə ölkəsində həbs olunub. QAZİLER.AZ “qafqazinfo”ya istinadən xəbər verir ki, üçüncü ölkəyə keçmək niyyəti ilə Azərbaycan tərəfinə keçən, daha sonra geri qaytarılan ailənin başçısı Yeqiş Gevorkyan 5 il, onun həyat yoldaşı Ruzanna Gevorkyan isə 3 il azadlıqdan məhrum ediliblər. Hər ikisi 1 il sınaq məqsədilə şərti azadlığa buraxılıblar.

Xatırladaq ki, ailə 3 uşağı ilə birgə 2010-cu ildə Azərbaycan tərəfinə keçmiş, 2014-cü ildə isə geri qaytarılmışdılar.