Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski Azərbaycana reallaşdırdıqları faktaraşdırıcı səfərləri ilə bağlı bəyanat yayıblar.
APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, səfər çərçivəsində onlar Azərbaycan prezidenti İlham Əliyevlə, Prezident Administrasiyasında, parlamentin spikeri ilə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə, baş prokuror, ədliyyə naziri və Mərkəzi Seçki Komissiyasının rəhbəri ilə görüş keçiriblər. Həmçinin vətəndaş cəmiyyətinin üzvləri və beynəlxalq ictimaiyyət üzvləri ilə də keçirilib.Həmməruzəçilər həbs-qətimkan tədbiri seçilmiş şəxslərin vəkilləri ilə görüşüb, məhbuslara, o cümlədən Anar Məmmədliyə baş çəkiblər.
Müzakirələr noyabrda Azərbaycanda baş tutacaq parlament seçkiləri ərəfəsində siyasi vəziyyət, məhkəmələrin azadlığı və fəaliyyəti, həmçinin ölkədə insan haqları sahəsində vəziyyət istiqamətində olub.