2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin layihəsi prezidentİlham Əliyevə təqdim olunub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə maliyyə naziri Samir Şərifovbildirib.
Nazir xatırladıb ki, yenilənmiş dövlət büdcəsində neftin 1 barelinin baza qiyməti 25 dollardan götürülüb: "Məlum olduğu kimi, bu ilin dövlət büdcəsində neftin 1 barelinin baza qiyməti 50 dollardan götürülmüşdü. Lakin xam neftin qiymətinin kəskin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəb oldu. Məhz buna görə, yenilənmiş dövlət büdcəsinin layihəsində neftin bir barelinin baza qiyməti 25 dollardan hesablanıb".