SOCAR-dan açıqlama: “Vitse-prezidentin fikirləri təhrif olunub”

SOCAR-dan açıqlama: “Vitse-prezidentin fikirləri təhrif olunub” backend

“Bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yayılmış “Azərbaycan “Azərenerji” üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur” məlumatı həqiqəti əks etdirmir”.

Lent.az şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, Elşad Nəsirov həmin açıqlamada belə qeyd edib: “Hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur, “AzMeCo”, “Azərenerji” və ya digər şirkətlər daha sərfəli şərtlərlə “Qazprom”dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər”.