Akademik Cəlal Əliyevlə vida mərasimi başlayıb - YENİLƏNİB - 1 -FOTOLAR

Akademik Cəlal Əliyevlə vida mərasimi başlayıb - YENİLƏNİB - 1 -FOTOLAR backend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının “Dairəvi zalı”nda akademik Cəlal Əliyevlə vida mərasimi başlayıb. APA-nın məlumatına görə, mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin müavinləri Əli Həsənov, Abid Şərifov, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm adamları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib. O, I Fəxri xiyabanda dəfn olunacaq.



***
Akademik Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə APA-ya AMEA-dan məlumat verilib.

Akademiklə vida mərasimi isə AMEA-nın "Dairəvi zalı"nda saat 14.00-da başlayacaq.

Qeyd edək ki, akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib.



***
Akademik Cəlal Əlievlə vida məraisimi AMEA-nın əsas binasına olacaq.

AMEA-dan APA-ya verilən məlumata görə, mərasim saat 14.00-da "Dairəvi zal"da başlayacaq.



Qeyd edək ki, C. Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib.