Danimarka Olimpiya Komitəsi (DOK) Bakı - 2015-də yarışacaq idmançılarının sayını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, danimarkalılar iyunda Azərbaycanda keçiriləcək Avropa Oyunlarına 65 idmançı ilə gəlməyi planlaşdırıblar. Bu idmançılar 17-yə yaxın idman növünü əhatə edəcək. Bildirilib ki, Avropa Oyunları 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşan bir neçə idmançı üçün əla sınaq yarışı olacaq. Bakıda nə qədər peşəkar atletlər çıxış edərsə, bir o qədər də Danimarka idmançılarının Olimpiadaya hansı səviyyədə hazırlıqlı olduqları müəyyənləşəcək. Qeyd edək ki, iyunun 12-28-də təşkil olunacaq Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək.Danimarka “Bakı 2015“ə yüksək səviyyədə gəlir

