Milli Məclisdə Dağlıq Qarabağ Muxtar Vilayətinin bərpası təklif olunub

Milli Məclisdə Dağlıq Qarabağ Muxtar Vilayətinin bərpası təklif olunub backend

İşğal altında olan rayonların adlarının şadlıq saraylarına qoyulmasına da etiraz edilib. Milli Məclisin iclasında Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması təklifi irəli sürülüb. APA-nın məlumatına görə, bu təkliflə deputat Zahid Oruc çıxış edib. O bildirib ki, 1990-cı illərdə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayəti adının bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur.


Deputat işğal altında olan rayonların adlarının şadlıq saraylarına qoyulmasına da etiraz edib: “Şuşanın adını əyləncə, toyxana mərkəzinə qoyuruq. O rayonlar bizim işğal olunmuş bölgələrimizdir. Belə hallar yığışdırılmaldır”.