Bakıya gətirilən 1 ton at əti yolda tutuldu

Bakıya gətirilən 1 ton at əti yolda tutuldu backend

Ağcabədi rayon sakininin avtomobilində at əti aşkarlanıb.

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 24-də Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda Ağcabədi rayon sakini Nofəl Yusifovun idarə etdiyi “Ford” markalı avtomobil saxlanılıb. Baxış zamanı avtomobildə olan 1 ton 100 kiloqram at əti aşkar edilərək götürülüb.

Araşdırma aparılır.