Prezident İlham Əliyevin bu günlərdə keçirdiyi müşavirədə məmurlara yerli istehsal olan “NAZ-Lifan” avtomobili almağı tövsiyə etməsi, sözügedən avtomobili cəmiyyətdə populyarlaşdırıb. Qeyd edək ki, bir neçə ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir sıra sosial imtiyazlı şəxslərə həmin avtomobillərdən verilir. TURKUSTAN.info bu yaxınlarda nazirlik tərəfindən “NAZ-Lifan” avtomobili ilə təmin olunmuş Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğludan idarə etdiyi avtomobilin keyfiyyəti və xüsusiyyətləri ilə maraqlanıb.
Rey Kərimoğlu əvvəllər heç vaxt avtomobili olmadığı üçün “NAZ-Lifan”ı xoşluqla idarə etdiyini bildirib: “Məncə, pis deyil. Yaxşıdır. Qarabağ əlillərinə verilən model başqadır və bunlarda bir sira çatışmazlıqlar var ki, onu da ümumiləşdirib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verəcəyik.Duzdur, komfortda Almaniya və digər ölkələrin avtomobillərinə çatmaz. Amma bu mənim üçün “Kalinvagen”dən də,”Mersedes”dən də üstündür. Bu, döyüşçülər üçün mənəvi məsələdir axı”.
Hazırda Gürcüstanda – Tbilisidə olan qazi-jurnalist oraya da “NAZ-Lifan”la getdiyini bildirib: “ Bakıdan Qirmizi Körpüyə cəmi 25 manatlıq yanacaq sərf etdi. Məncə, sərfəlidir”.