Bu gün uzun sürən xəstəlikdən sonra Azərbaycan prezidenti İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev vəfat edib.
Qaziler.az bildirir ki, bu xəbəri haqqın.az saytına akademikin köməkçilərindən biri verib.Cəlal Əliyev 1928-ci ilin iyun ayının 30-da Naxçıvanda anadan olub. Onun qardaşlarından biri — Heydər Əliyev — Azərbaycan prezidenti, digər iki qardaşı isə — Həsən Əiyev və Aqil Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri olublar.
1980-ci ildə Cəlal Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə seçilib.
P.S. Qarabağ qazilər birliyin rəhbərliyi Cəlal Əliyevin ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir!
Allah rəhmət eləsin!