Azərbaycan 55 ölkəyə ixrac, 91 ölkədən isə idxal edir

Azərbaycan 55 ölkəyə ixrac, 91 ölkədən isə idxal edir backend

2015-ci ilin yanvar ayında Azərbaycan Respublikasının rezidentləri dünyanın 99 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 55 ölkəyə əmtəə ixrac olunub, 91 ölkədən isə idxal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 40-ı Avropa, 12-si Amerika, 32-si Asiya ölkələri və digərləridir.

Ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 1959,4 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 1385,2 milyon dollar, idxalın həcmi 574,2 milyon dollar təşkil edib, nəticədə 811,0 milyon dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar ayında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 16,0 faiz artaraq 124,2 milyon dollar təşkil edib.
Diaspora