Türkmənistanda cəsədi tapılan neftçi Qarabağ döyüşçüsü imiş...

Türkmənistanda cəsədi tapılan neftçi Qarabağ döyüşçüsü imiş... backend

BBC xatırladır ki, Xəzərin Türkmənistan sahillərində meyiti apılan 43 yaşlı Sahib Şahmarov Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb.

Qaziler.az Virtual.az-a istinadən bildirir ki, o, Ağdam, Şuşa, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərin birində güllə yarası alıb; ayağını dəlib keçən qəlpə dizində böyük deşik yaradıb.

Buna bamayaraq, qısa müddətli müalicədən sonra yenidən ön cəbhəyə yollanıb. "Döyüşdə göstərdiyi şücaətə görə" müxtəlif mükafatlara layiq görülüb.

Onun 11 yaşlı Məhəmməd adlı oğlu və 10 yaşlı Məsumə adlı qızı var.