Balansında pul bitsə də sayğac qaz verilişini dayandırmır - PROBLEM

Balansında pul bitsə də sayğac qaz verilişini dayandırmır - PROBLEM backend

Bəzi hallarda özünüz də bilmədən qaz sərfiyyatına görə külli miqdarda borcunuz yarana bilər.

Məsələn, kartınıza 5 manatlıq qaz yükləyirsiniz və bu soyuq qış günlərində bir ay istifadə edirsiniz, ancaq qazınız kəsilmir. Bu sayğacınızda problemin olduğunu göstərir.

Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, Bakı şəhəri Nəsimi rayonu Asim Məhərrəmov 36, ev 2-nin smartkart tipli qaz sayğacında problem əmələ gəlib. Kartın balansında pul bitdiyi halda sayğac qaz verilişini dayandırmayıb. Daha dəqiq desək, abonent xəbəri olmadan aylarla ödədiyi puldan artıq qaz istifadə edib və beləliklə də borc yaranıb.


Məsələyə ilə bağlı "Azəriqaz" İstehsal Birliyindən bildirildi ki, smartkart tipli sayğaclarda bu tipli problemlər yarana bilər.

Bu halın baş verməməsi üçün vətəndaş sayğaca daim nəzarət etməlidir.

O ki qaldı sayğacda baş verən texniki problemin cəriməsinin kim tərəfindən ödənilməsi məsələsinə, bunun cavabını videomaterialdan biləcəksiniz.

Qeyd edək ki, "Azərqaz" tərəfindənbelə abonentlərə yaranan borcu aylara bölərək hissə-hissə ödəmələri də təklif olunur.