AMEA Memarlıq və İncəsənət İnstitutunun 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

AMEA Memarlıq və İncəsənət İnstitutunun 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib backend

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun 70 illik yubileyinə həsr edilmiş “Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

APA-nın məlumatına görə, Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri tədbiri giriş sözü ilə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açıb.

Rəhbərlik etdiyi institutun yaranma tarixindən danışan Ə.Salamzadə institutun keçdiyi tarixi yola nəzər salıb, fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi töhfələrdən danışıb.

Ə.Salamzadə qeyd edib ki, 1945-ci ildə institut yaradılarkən onun ilk direktoru Üzeyir Hacıbəyli olub: “Bu gün Memarlıq və İncəsənət İnstitutu öz inkişafının yeni mərhələsinə qədəm qoyur. Vaxtilə Üzeyir bəyin başçılığı ilə fəaliyyətə başlayan bu elm məbədi AMEA-nın 70 illiyi ərəfəsində həm də özünün 70 illiyini qeyd etməyə hazırlaşır.”

Professorlar Fərəh Əliyeva, Ramiz Əbdülrəhimov və başqaları çıxış edərək yubiley münasibətilə Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarını təbrik ediblər.
Diaspora