“Son zəng”in vaxtı açıqlandı

“Son zəng”in vaxtı açıqlandı backend

Dərs ilinin müddətinin uzadılması "Son zəng"in də tarixininin dəyişməsinə səbəb olub Bu il ümumtəhsil məktəblərində “Son zəng” iyunun 14-ü keçiriləcək.


Lent.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyi bildirib ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Bununla əlaqədar olaraq, “Son zəng" tədbiri də sonuncu dərs günü, iyunun 14-də keçiriləcək.