Azərbaycan Gürcüstandan diri heyvan və ət idxalına qadağa qoydu

Azərbaycan Gürcüstandan diri heyvan və ət idxalına qadağa qoydu backend

Bu gündən Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı rəsmən müvəqqəti qadağan ediləcək. Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib.

Qadağanın səbəbi Gürcüstanda xırda və iribuynuzlu mal-qara arasında Göydil virusunun yayılmasıdır. Artıq bununla bağlı Dövlət Baytarlıq Nəzarəti Xidmətində məlumat var, bu gün də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumat daxil olacaq. Bununla əlaqədar bu gün Gürcüstandan diri heyvan və heyvan mənşəli məhsulların idxalına rəsmən müvəqqəti qadağa qoyulacaq. Bununla bağlı Azərbaycanın müvafiq dövlət qurumları da məlumatlandırılacaq.