Qar Leriki iflic etdi

Qar Leriki iflic etdi backend

Lerikdə yağan qar bır sıra problemlər yaradıb. Axar.az-ın məlumatına görə, ucqar dağ bölgəsində yağan qarın qalınlığı 25-30 santimetrdir.

Cənub bölgəsində ən aşağı temperatur Lerikin Kəlvəz ərazisində qeydə alınıb. Burada 13 dərəcə şaxta hökm sürür.

Qar və şaxtalı hava Lənkəran-Lerik yolunda buzlaşmaya səbəb olub. Həmçinin, kəndlərdə elektrik enerjisi kəsilib. Aidiyyəti qurumlar bir neçə gündür ki, qarın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır.