Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük tövhə vermək niyyətindədir. Bu məqsədlə şirkət Qazax rayonunda ikinci sement zavodunun tikintisini həyata keçirməyi planlaşdırır. Report-un məlumatına görə, bunu şirkətin baş direktoru Göksəl Aybek deyib.
Keçən il 91 min ton klinker ixracatı həyata keçirilib. 2016-cı ildə 200 min ton klinkerin ixracatı üçün artıq müqavilə imzalanıb, - G. Aybek bildirib.
Qeyd edək ki, korporasiya 2016-cı ilin büdcəsinə görə 350 mln. manat dövriyyə planlaşdırır. Şirkətin 2013-cü ildə istehsalat sahələrində 800 nəfər işçi çalışıb, 2016-cı ildə bu rəqəm 2 minə yüksələcək.