DİN univermaqdakı uçqunla bağlı məlumat yaydı

DİN univermaqdakı uçqunla bağlı məlumat yaydı backend

Daxili İşlər Nazirliyi dünən Əmircan qəsəbəsində baş vermiş çökmə hadisəsi ilə bağlı məlumat yayıb.

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 26-da Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Elşad Abdullayev və Bəhruz Abdullayev istifadə olunmayan mağazanın dam örtüyünü qardan təmizləyərkən dam çöküb. Nəticədə E.Abdullayev və B.Abdullayev xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.