TQDK növbəti SAT imtahanı keçirib

TQDK növbəti SAT imtahanı keçirib backend

Yanvarın 23-də TQDK növbəti SAT imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 31 nəfərdən 4-ü imtahana gəlməyib. 1 nəfər imtahan qaydalarına riayət etmədiyinə görə imtahan zalından uzaqlaşdırılıb. İmtahanın nəticələri fevral ayının 11-də elan olunacaq.

Qeyd edək ki, növbəti SAT imtahanı may ayının 7-də keçiriləcək. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və aprel ayının 8-i saat 09:00-dək davam edəcək.