İtkin düşmüş 8 nəfərin taleyi müəyyənləşdirilib

İtkin düşmüş 8 nəfərin taleyi müəyyənləşdirilib backend

Ötən il ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış araşdırma zamanı 4 nəfərin atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, həmin şəxslərin adları Dövlət Komissiyasında qeydiyyata alınıb və müvafiq siyahıya salınıb. İtkin düşmüş 8 nəfərin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb.
2014-cü ilin sonuna olan məlumata görə, 4009 nəfər itkin düşmüş, 1428 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Qeydiyyatında qeydiyyata alınıb.
Diaspora