Bu gün "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar bayramı münasibətilə Bakıda "Biz sizi unutmadıq - 3" adlı aksiya keçirib. İB-dən Lent.az-a verilən məlumata görə, birliyin üzvləri Bakının müxtəlif küçələrində şəhərin təmizlik işlərini həyata keçirən fədakar Azərbaycan qadınlarını təbrik ediblər.
Birlik üzvləri “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin üzvləri səhər çağlarında şəhərin fərqli yerlərində təmizlik işlərini həyata keçirən zəhmətkeş qadınlara öz səmimi təbriklərini çatdıraraq, onlara bayram hədiyyələri təqdim ediblər.Birliyin sədri Sevinc Əzimbəyli deyib ki, “Sizi unutmadıq” aksiyası 3 ildir həyata keçirilir: “Bizim əsas məqsədimiz 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, şəhərimizin təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar ana və bacılarımızı sevindirməklə onları unutmadığımızı bildirmək olub. Digər tərəfdən də imkanlı şəxsləri, cəmiyyəti əlamətdar günlərdə üzərimizdə hər zaman haqqı olan zəhmətkeş məmləkət insanlarını unutmamağa təşviq etmək istəyirik".