Ölkənin əsas magistrallarında buzlaşma yoxdur Baş Dövlət Yol Polisi İdarəsi ölkə yollarındakı vəziyyətlə bağlı açıqlama verib. İdarədən Lent.az-a bildirilib ki, hazırda respublikanın əsas magistrallarında hərəkət sərbəstdir və buzlaşma yoxdur.
Qeyd edək ki, şənbə günündən başlayaraq ölkədə hava şəraiti kəskinləşib. Bu gecə isə ölkənin əksər ərazilərinə qar yağıb.