Azərbaycan bir sıra xarici dövlətlərin vətəndaşları üçün viza verilməsini sadələşdirib

Azərbaycan bir sıra xarici dövlətlərin vətəndaşları üçün viza verilməsini sadələşdirib backend

Qaydalar 2015-ci il noyabrın 10-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilir.

Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Respublikası, Malayziya və Sinqapur vətəndaşlarına 2016-ci il fevralın 1-dən etibarən Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu qaydalar 2015-ci il noyabrın 10-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilir.