Şəhidlik qazilikdən daha gözəldir, oğlum! - AC QALMIRSAN...

Şəhidlik qazilikdən daha gözəldir, oğlum!  - AC QALMIRSAN... backend

Qaziler.az saytı Esmira Məhiqızının sosial şəbəkədə yayılan və Qarabağ qaziləri tərəfindən böyük rəğbətlə qarşılanan şeirini təqdim edir:

küləklərin hansı evdənsə çəkib gətirdiyi yemək qoxusuna
quru çörəyini batırıb yeyirdi,
ayaqlarını döyüşlərdə qoyub gələn qazinin oğlu.

Vətən umsuq oğullar böyüdürdü
sabahkı döyüşlərdə daha gözəl ölməyə.

və şəhid olmayan qazilər
peşmançılıqdan özlərini yandırırdılar...

şəhidlik qazilikdən daha gözəldir, oğlum!
ac qalmırsan,
dolanmağa pul axtarmırsan,
haqsızlıqlarla dava eləmirsən,
ev almağa ömür çürütmürsən...
ən əsası...özünü yandırmırsan!
Diaspora