Həftənin ilk iş günü sulu qar yağacaq - HAVA PROQNOZU

Həftənin ilk iş günü sulu qar yağacaq - HAVA PROQNOZU backend

Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək.

Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Temperatur gecə və gündüz 0-2° isti, axşam 1°-dək şaxta olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yolların buz bağlayacağı ehtimal edilir.

Azərbaycan rayonlarında arabir qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq. Yolların buz bağlayacağı ehtimalı var.

Dağlarda gecə 8-13° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.