ANS-in “Hesabat“ verilişi ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb

ANS-in “Hesabat“ verilişi ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb backend

"Hesabat" verilişi ilə bağlı qəbul edilən qərarın icrasını müvəqqəti dayandırırıq”.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ANS telekanalının səmimi etirafları nəzərə alınaraq bu addım atılıb.

Xatırladaq ki, MTRŞ yanvarın 22-də ANS-in "Hesabat" proqramının yayımının 1 ay müddətində dayandırılması barədə qərar qəbul edib.