Prezident Administrasiyasında YENİ TƏYİNAT

Prezident Administrasiyasında YENİ TƏYİNAT backend

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsinə Cəmaləddin Quliyev təyin olunub. QAZİLƏR saytının “Azadinform”a istinadən xəbərinə görə, C. Quliyev buna qədər İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunda məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir qədər əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mətbuat və informasiya orqanları ilə iş sektorunun keçmiş müdiri Vüqar Əliyev Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavinin vəzifəsinə təyin olunmuşdu.

Redaksiyadan: Biz də QAZİLƏR.AZ saytı olaraq dəyərli həmkarımızı səmimi qəlbdən təbrik edir, ona yeni işində uğurlar arzulayırıq.
Diaspora