Gəncədə hamam satılır. Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus hamam martın 10-da hərraca çıxarılacaq. Hamamın ümumi qiyməti 60 181 manatdır. Bu hamama sahib olmaq istəyən şəxs isə 5115 manat beh verməlidir.
Komitədən bildirilib ki, hərrac Gəncə şəhərində müvafiq yerli komissiya tərəfindən keçiriləcək.