Qarabağ qazisi Məğrub Bədəlli QAZİLER.AZ-a müraciət edərək bildirib ki, bəzi saytlar onun qohumu haqda yalan məlumat yayıblar. Müraciətdə bildirilir ki, Qaynar.info saytı Əmək və Əhalinin Sosial Müdafiə nazirinin bibisinin ərinin Ağsu rayonu Əmək və Sosial Müdafiə Şöbəsinin müdiri olması barədə yanlış informasiya yayıb. Bu xəbəri bir çox saytlar (İstiqlal.az və b.) tirajlayıb. “Böhtan budur ki, nazirin hazırda 85 yaşı olan bircə bibisi var və onun da əri bu sətirlərin yazarının 53 il öncə dünyasını dəyişmiş əmisi oğludur.
Başqa sözlə, böhtan yayma, 53 il qabaq dünyasını dəyişmiş şəxsin xatirəsinə təhqir göz önündədir. Buna baxmayaraq, nə yazı müəllifi İlkin Hüseynli, nə Qaynar.info və İstiqlal.az saytlarının rəhbərləri Zahir Əzəmət və Qadir İbrahimli təkzib verməkdən imtina etdiklərindən, mərhumun oğlu və bu sətirlərin yazarı Yasamal rayon məhkəməsinə iddia ərizəsi və xüsusi ittihamlı şikayət veriblər. Eyni zamanda Mətbuat Şurasına da müraciət edilib.Böhtan yayan saytlar məhkəməyə verilib

