Dilçilik İnstitutunda yeni təyinat

Dilçilik İnstitutunda yeni təyinat backend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının (GAMŞ) iclası keçirilib.


İnstitutun mətbuat xidmətinin rəhbəri, dosent Təranə Şükürlünün APA-ya verdiyi məlumata görə, iclasda Dilçilik İnstitutunun GAMŞ-nın sədri vəzifəsində seçki keçirilib. Səsvermə nəticəsində filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov AMEA Nəsimi adına Dilçilik İnstitutunun GAMŞ-nın sədri, Təranə Şükürlü və Rasim Heydərov isə müavin seçiliblər.

Qeyd edək ki, GAMŞ-nın sədri vəzifəsini dosent Aynur Qədimalıyeva icra edirdi.