Gömrükçülər qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Gəncədə “Mersedes-Benz” markalı, 99 HZ 620 nömrəli nəqliyyat vasitəsi saxlanılıb.
Göygöl sakini Mahir Məmmədova məxsus avtobusa baxış zamanı yük yerindən aksiz markası ilə markalanmayan 1000 qutu “Marlboro” siqareti aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.