Bu gündən Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb. Report-un xəbərinə görə, bunu jurnalistlərlə söhbətində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla bildirib.
O deyib ki, gələcək aylarda Azərbaycanın rayonlarında, eləcə də Rusiya, Portuqaliya İsveçrə və s . ölkələrdə də bu cür filiallar yaradılacaq:
"Məqsəd əcnəbi gənclərlə, xarici ölkə vətəndaşları ilə daha yaxından tanış olmaq və Azərbaycanla bağlı təbliğat aparmaqdır".
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan olunub.