Azərbaycanda temperatur yenidən artır

Azərbaycanda temperatur yenidən artır backend

Bakıda və Abşeron yarımadasında martın 6-da hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq
Bölgələrdə sabah əsasən hava şəraiti yağmursuz olacaq. Gecə duman olacağı gözlənilir.
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq. Dağlıq rayonlarda gecə 0-5 şaxta, gündüz isə 5-10 dərəcə isti olacağı gözlənilir
Diaspora