30 milyon manatlıq qısamüddətli notların 5 milyonluq hissəsi satışa çıxarılıb
Bakı Fond Birjasının hərraca çıxardığı qısamüddətli notlara alıcı tapılmayıb. Martın 5-də BFB-da Mərkəzi Bankın 50100746S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 30 000 000 manat, hərraca çıxarılan həcmi 5 000 000, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil edilib.Lakin birja üzvləri tərəfindən sifarişlər təqdim olunmadığı üçün hərrac baş tutmayıb.