AZAL 1,8 milyon sərnişinə xidmət edib

AZAL 1,8 milyon sərnişinə xidmət edib backend

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 1,8 mln. sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2014-cü illə müqayisədə 1,8% çoxdur.

Daşımaların 99,5%-i dövlət (“Azərbaycan Hava Yolları” QSC, AZAL), 0,5%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Yükdaşımalara gəlincə, bu nəqliyyat növü ilə yükdaşıma 3,3% artaraq 127,9 min tona çatıb