Bakı metrosu ilə 222 milyon sərnişin daşınıb

Bakı metrosu ilə 222 milyon sərnişin daşınıb backend

Ötən il Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 222 mln. nəfərə çatıb.


Bu göstərici ötən il ilə müqayisədə 3% artıb. Ümumilikdə 2015-ci ildə nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,7%-i metronun payına düşür.