Çexiyanın minik avtomobilləri və avtobus istehsalçısı olan "IVECO Czech Republic" Azərbaycana 151 avtobusun satılmasına dair müqavilə imzalayıb.
“APA-Economics”in məlumatına görə, avtobuslar I Avropa Oyunları zamanı idmançıların və tamaşaçıların daşınması üçün istifadə olunacaq.Müqaviləni Çexiyanın dövlət sığorta şirkəti olan EGAP sığortalayacaq.
Sövdələşmənin dəyəri təxminən 900 mln. Çexiya kronu və ya 36 mln. Azərbaycan manatı təşkil edir.