Nəqliyyatda gedişhaqları artırılacaq?

Nəqliyyatda gedişhaqları artırılacaq? backend

Nəqliyyat nazirinin müavini Musa Pənahov məsələyə aydınlıq gətirib.

O, həmçinin ölkəyə yeni gətirilən avtobusların xəttə buraxılmasının nəzərdə tutulduğunu deyib.

"Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur".

Qaziler.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, qiymətlər necə var, elə də qalacaq.

"Tariflərin artırılması barədə Tarif Şurasına müraciət olunmayıb, bu məsələ gündəmdə də deyil", —nazir müavini qeyd edib.