Azərbaycan Milli Məclisinin sabah keçiriləcək növbədənkənar xüsusi iclasının gündəliyinə əlavə məsələlər daxil edilib.
Qaziler.az bildirir ki, parlamentdən APA-ya verilən məlumata görə, bunlar “Satınalmalar haqqında” və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər layihəsidir.Bununla parlamentin xüsusi iclasının gündəliyinə salınan məsələlər 5-dən 7-ə qalxıb.