“ASAN Xidmət“də “Azərişıq“a müraciətlərin sayı 15 mini ötüb

“ASAN Xidmət“də “Azərişıq“a müraciətlərin sayı 15 mini ötüb backend

“ASAN Xidmət" mərkəzlərində “Azərişıq” ASC-nin xidmətlərindən istifadə edənlərin sayı 15 046 nəfərə çatıb.

“ASAN Xidmət" mərkəzlərində “Azərişıq” ASC-nin xidmətlərindən istifadə edənlərin sayı 15 046 nəfərə çatıb.

Səhmdar Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, ötən ilin dekabr ayında ölkə üzrə 8 “ASAN Xidmət" mərkəzinə 2 841 müraciət daxil olub.

Abonentlərin 18,85 faizi ad dəyişmə xidmətinə görə, 28,89 faizi borcun araşdırılması ilə bağlı, 7,55 faizi borcun olmamasına dair arayışın verilməsi üçün və 44,72 faizi texniki şərt alınması üçün müraciət edib.

Qeyd edək ki, “Azərişıq” ASC “ASAN Xidmət"ə 2014-cü il mayın 15-dən qoşulub.