Gömrük Komitəsi “Binə“dəki aksiya ilə bağlı açıqlama yaydı

Gömrük Komitəsi “Binə“dəki aksiya ilə bağlı açıqlama yaydı backend

Dövlət Gömrük Komitəsi "Binə" Ticarət Mərkəzində çalışan bir qrup sahibkarın aksiyası ilə bağlı xəbərlərə reaksiya verib.


Virtualaz.org Komitənin mətbuat xidmətinə istinadən bildirir ki, aksiyanın gömrük rüsumlarının artırılmasına etiraz olaraq keçirildiyi qeyd olunur: “Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş,“Gömrük Tarifi Haqqında Qanun”a uyğun olaraq vergi və rüsumlara cəlb edilir, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Xatırladaq ki, Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib, mövcud qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib”.